İtaliyanın Baş naziri Azərbaycana səfərə gəlib

13.11.2024

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliyanın Baş naziri Ciorcia Meloni noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью