İtaliyanın Baş naziri Qazaxıstana səfər edəcək

21.04.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İtaliyanın Baş naziri Ciorcia Meloni Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə 26-27 aprel tarixlərində bu ölkəyə rəsmi səfər edəcək.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, o, aprelin 27-də Astanada keçiriləcək birinci "Mərkəzi Asiya - İtaliya" sammitində iştirak edəcək.

"Yüksək səviyyəli danışıqlar zamanı tərəflər Qazaxıstan-İtaliya strateji tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə etməyi planlaşdırırlar", - məlumatda bildirilib.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью