İtaliyanın bu kəndində xəstələnmək qadağandır AZƏRTAC

08.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Roma, 8 yanvar, AZƏRTAC

İtaliyanın cənubundakı Kalabriya regionunun Katanzaro əyalətindəki Belkastro kəndində sakinlərin xəstələnməsi qadağan olunub.

AZƏRTAC xəbər verir ki, bələdiyyə sədri Antonio Torçianın imzaladığı qərarla kənd sakinlərinə təcili yardım və tibbi müdaxilə tələb edən hər hansı xəstəliyə yoluxmamaq və mümkün qədər evdə qalaraq istirahət etmək tapşırılıb.

Bu qərarın yumoristik addım olduğunu deyən bələdiyyə sədri məqsədin bölgənin səhiyyə sistemindəki çatışmazlıqlara diqqət çəkmək olduğunu bildirib. Qeyd edib ki, kənddəki 1200-dək sakinin təxminən yarısı 65 yaşdan yuxarıdır və buradakı növbətçi tibb məntəqəsi fasilələrlə fəaliyyət göstərir. Kəndə ən yaxın təcili yardım xidməti isə 45 kilometr uzaqlıqda yerləşir və buraya gedən yolda sürət həddi saatda 30 kilometrdir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью