İtaliyanın cənubunu “Harri“ qasırğası vurub | Icma.az
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şiddətli "Harri" qasırğası səbəbindən İtaliyanın cənubunda "qırmızı" həyəcan səviyyəsi elan edilib.
Moderator.az-ın xəbərinə görə, bu barədə İtaliya vətəndaşlarının müdafiəsi departamentindən məlumat verilib.
Məlumata görə, həyəcan səviyyəsi Siciliya, Sardiniya və Kalabriya əraziləri üçün qüvvədədir. Bu bölgələrdən 675 nəfər təxliyə edilib.
Yanvarın 21-də bölgədə güclü yağış və qasırğa küləyi gözlənilir.
Bildirilir ki, dalğaların hündürlüyü doqquz metrə çatıb və şəhər küçələrindən güclü su selləri axır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu