​İtaliyanın Dəməşqdəki səfiri qarət edildi

08.12.2024

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyanın paytaxtı Dəməşqdə İtaliya səfiri qarət edilib. Silahlı şəxslər diplomatın iqamətgahından üç avtomobil oğurlayıblar.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, silahlı qrup İtaliyanın Dəməşqdəki səfirliyinin bağçasına daxil olaraq, silah gücünə üç rəsmi avtomobili götürüb. İtaliya XİN rəhbərinin sözlərinə görə, bu, müxalifət qüvvələrinin şəhəri ələ keçirdiyini elan etdikdən sonra baş verib.

Tayani, həmçinin əlavə edib ki, insident zamanı səfirin özü və iqamətgahı mühafizə edən karabineri xəsarət almayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью