İtaliyanın “ITA Airways” şirkəti İsrailə aviareysləri dayandırıb

11.11.2024

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

İtaliyanın “ITA Airways” aviaşirkəti İsrailin paytaxtı Təl-Əvivə aviareysləri dayandırıb.

AZƏRTAC xəbər verir ki, aviaşirkət təhlükəsizlik səbəbindən bu qərarı qəbul edib. “ITA Airways” gələn il yanvarın 12-dək İsrail istiqamətində ikitərəfli uçuşları yerinə yetirməyəcək.

Qeyd edək ki, aviaşirkət Yaxın Şərqdəki gərginlik səbəbindən sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi əsas gətirərək daha əvvəl də müxtəlif tarixləri əhatə edən dövrlərdə Təl-Əvivə uçuşları dayandırmışdı. “ITA Airways” İsrailə müntəzəm reyslər yerinə yetirən yeganə İtaliya aviaşirkəti idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью