İtaliyanın Kampi Fleqrey şəhərində 4,4 bal gücündə zəlzələ olub

13.05.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Roma, 13 may, AZƏRTAC

İtaliyanın Neapol şəhəri yaxınlığındakı Kampi Fleqrey bölgəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, episentri Pozzuoli qəsəbəsi olan zəlzələnin ocağı 2,7 kilometr dərinlikdə yerləşib. Bölgədə müxtəlif maqnitudalı ardıcıl 7 yeraltı təkan olub.

Təbiət hadisəsi əhali arasında təşviş yaradıb, insanlar evlərini tərk ediblər. İbtidai və orta məktəblərdə ehtiyat tədbiri olaraq tədris dayandırılıb.

Qeyd edək ki, Kampi Fleqrey şəhəri qədim vulkanik kraterlərdən ibarətdir. Bölgədə seysmik aktivlik son bir ildə artıb. Sonuncu dəfə ən uzunmüddətli seysmik aktivlik isə 1980-ci illərin əvvəllərində qeydə alınmışdı.

İtaliya hökuməti yüksək riskli bölgə olan Kampi Fleqreydən kütləvi evakuasiya ilə bağlı fövqəladə vəziyyət planını 2023-cü ildə yeniləyib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью