İtaliyanın keçmiş baş polisi intihar etdi

23.11.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İtaliya Milli Polisinin keçmiş rəhbəri Canni de Cennaro intihar edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun meyiti Montiyano şəhərindəki bağ evində tapılıb.

De Cennaro sonuncu dəfə noyabrın 20-də yaxınları ilə əlaqəyə çıxıb. Şənbə günü səhər isə onun özünü öldürdüyü məlum olub.

Qeyd edək ki, 2000-2007-ci illərdə İtaliyanın baş polisi olmuş Canni de Cennaronun mafiya ilə əlaqəsi olması barədə bir həftə əvvəl İtaliya mətbuatında xəbərlər yer alıb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью