futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliyanın köklü klublarından “Breşiya” peşəkar statusunu itirib.
Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Müflis olan “Breşiya”nın Liqaya 1,1 milyon avro borcu var və klub futbolçuların, məşqçilərin və digər işçilərin maaşını ödəyə bilməyib.
Başa çatan mövsümdə B Seriyasını tərk edən klub C Seriyasından da kənarlaşdırılıb.
Əsası 1911-ci ildə yaradılan “Breşiya” 4 dəfə B Seriyasında çempionluq yaşayıb. “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, italiyalı Andrea Pirlo, Roberto Baccio kimi məşhur futbolçular vaxtilə “Breşiya”nın formasını geyinib.