İtaliyanın müdafiə naziri: ABŞ Aİ nin təhlükəsizlik sahəsində zəifliyini etiraf edir | Icm…
Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır. İtaliyanın müdafiə naziri Guido Krozetto ABŞ-ın yeni milli təhlükəsizlik strategiy
Doğru.az xəbər verir ki, nazir bu barədə “X” sosial media platformasında paylaşım edib.
Krozettonun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp administrasiyası Çinlə getdikcə daha mürəkkəb və gərgin rəqabət aparır və Vaşinqtonun bütün addımları məhz bu kontekstdə dəyərləndirilməlidir.
Nazir qeyd edib ki, Tramp “bu rəqabətdə Aİ-yə çox az, hətta heç ehtiyac duymadığını” bəyan edib.
Onun fikrincə, Avropa İttifaqı nə əhəmiyyətli təbii ehtiyatlara, nə də güclü hərbi potensiala sahibdir.
Eyni zamanda innovasiya və texnologiya sahəsində də geri qalır.
“Çünki Aİ dünyada yeni oyunçularla müqayisədə kiçik, yavaş və köhnədir”, – Krozetto əlavə edib.
Nazirin açıqlaması Avropa təhlükəsizliyi, Aİ-nin qlobal güc balansındakı rolu və ABŞ-la münasibətlərin gələcəyi ilə bağlı mühüm müzakirələrə yol açıb.
Tam oxu
Xəbəri oxu