İtaliyanın müdafiə naziri Livanda səfərdədir AZƏRTAC

06.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Roma, 6 dekabr, AZƏRTAC

İtaliyanın müdafiə naziri Quido Krosetto Livanın paytaxtı Beyrut şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir sosial media hesabındakı paylaşımında bildirib.

Quido Krosetto səfər çərçivəsində BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin yerləşdiyi bazaya baş çəkəcək, italiyalı hərbçilərlə görüşəcək.

Nazir, həmçinin Livan rəsmiləri ilə müxtəlif görüşlər keçirəcək.

Xatırladaq ki, ötən ay Livanda İtaliya hərbi kontingentinin yerləşdiyi bazaya müxtəlif hücumlar olub. İtaliya rəsmiləri hücumlardan narahatlığını ifadə edib, bunun qəbuledilməz olduğunu bildiriblər.

İtaliyanın hazırda UNIFIL-də mindən çox hərbçisi var.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью