İtaliyanın tanınmış professoru BANM də olub

07.05.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

İtaliyanın tanınmış professoru və Avropa Komissiyasının enerji, nəzəri fizika və atom enerjisi sahəsində 30 ildən artıq təcrübəyə malik olan professor Franco Cozzani SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-dən AZƏRTAC-a bildirilib ki, rektor Elmar Qasımov ilə keçirilən görüşdə bərpaolunan enerji, innovasiya və enerji texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Sonra professorun “Bərpaolunan enerji mənbələri: panaseya, illüziya, yoxsa ehtiyaclarımız üçün faydalı töhfə?” mövzusunda təqdimatı baş tutub. O, bərpaolunan enerji mənbələrinin dünya miqyasında artan əhəmiyyətini və bu sahədəki texnoloji inkişafa dair fikirlərini bölüşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью