İtalyalı baş məşqçinin istefa səbəbi məlum oldu

20.05.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

"Ajax" futbol klubunun baş məşqçisi Francesco Farioli istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, italiyalı mütəxəssisin klubdan ayrılmağına səbəb klub rəhbərliyi ilə gələcək planlar və komandanın inkişafı ilə bağlı fikir ayrılığı olub.

Məlumata görə, Farioli komandanın texniki heyətində dəyişikliklər, əlavə psixoloq və fizioterapevtlərin cəlb olunması kimi tələblər irəli sürsə də, bu tələblər klub tərəfindən qəbul edilməyib.

Xatırladaq ki, “Ajax” son 5 turda liderliyini itirərək PSV Eindhoven klubuna çempionluğu uduzub.

Əli Quliyev

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью