İtalyalı pilot test yürüşü zamanı həlak oldu

12.06.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İtalyan avtomobil yarışçısı Matteo Doretto Polşada keçiriləcək Avropa ralli çempionatı ərəfəsində test yürüşü zamanı baş verən qəza nəticəsində həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qəza zamanı onun şturman Samuele Pellegrino xəstəxanaya aparılsa da, xəsarət almayıb və vəziyyəti stabildir.

21 yaşlı Matteo Doretto 2024-cü ildə İtaliya üzrə gənclər çempionu olub və bu nəticəyə əsasən Avropa çempionatında iştirak hüququ qazanmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью