İtalyan jurnalist Tehranda saxlanıldı

28.12.2024

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

İtalyan jurnalist Sesiliya Sala Tehranda saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

Bəyanatda deyilir ki, Sala dekabrın 19-da “Tehran polisi tərəfindən saxlanılıb”. Ötən gün jurnalisti həbsxanada İtaliya səfiri Paola Amadei "həbsdə saxlanma şəraitini və vəziyyətini yoxlamaq üçün" ziyarət edib. Qeyd olunur ki, ona əvvəllər qohumları ilə iki dəfə telefon danışığı etməyə icazə verilib.

İtaliyanın “İl Foglio” qəzetinin müxbiri olan Salanın hansı səbəbdən saxlanıldığı açıqlanmayıb. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью