İtalyan mütəxəssis Dinamonun baş məşqçisi ola bilər

29.12.2024

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Real"ın və İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro Zaqreb "Dinamo"sunun baş məşqçi postuna əsas namizəddir. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda bu vəzifədə olan Nenad Byelsa klub rəhbərliyi tərəfindən istefaya göndəriləcəyi halda, Kannavaro Xorvatiya klubunda baş məşqçi postu üçün ilk seçim olacaq.

"Dinamo" 51 yaşlı mütəxəssisi bu vəzifəyə ideal namizəd hesab edir və o, onların siyahısında birinci yerdədir.

Qeyd edək ki, 18 oyundan sonra aktivində 29 xal olan Zaqreb təmsilçisi turnir cədvəlində 3-cü pillədə qərarlaşıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью