sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Əl-Hilal"ın baş məşqçisi Simone İnzaqi postundan ayrılmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.
50 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı klubu ilə 2027-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmamaq qərarına gəlib. Qeyd edək ki, müqavilə şərtlərinə əsasən, baş məşqçi illik 26 milyon avro maaş alır.
İnzaqi "Əl-Hilal"a 2025-ci ilin yayında rəhbərlik etməyə başlayıb. Ötən mövsüm onun rəhbərliyi altında komanda Səudiyyə Ərəbistanı çempionatının qalibi ola bilməyib.
Qeyd edək ki, "Əl-Hilal" hazırda 30 xalla turnir cədvəlinə başçılıq edir. İnzaqinin komandası növbəti matçını noyabrın 23-də, Asiya Çempionlar Liqası çərçivəsində "Neftçi"yə qarşı keçirəcək.