Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyada yaşayan 75 yaşlı Yevgeniya Qranito maraqlı addımı ilə diqqəti çəkib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Qranito Qəzzadakı uşaqlara kömək etmək üçün 17-ci əsrə aid ailə mirası olan malikanəsini satışa çıxarıb.
Qəzzadakı humanitar faciəyə diqqət çəkən italyan qadın deyib: "Uşaqların İsrail tərəfindən vəhşicəsinə hücuma məruz qaldığını gördünüzmü? Onlar ölürlər... Qəzzadakı uşaqların heç nəyi yoxdur. Buna görə də mən onları düşünürəm".
Qranito bildirib ki, gəlirin Qəzzada xəstəxana və ya məktəb tikintisinə töhfə verəcəyinə ümid edir.
İbrahim Cəfərov