İtalyanlar Mourinyoya “elçi düşdü”

22.04.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo mövsümün sonunda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “Atalanta” klubu mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Berqamo təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini yayda klubdan ayrılacaq. O, məşqçi karyerasını bitirəcək. “Atalanta” rəhbərliyi mütəxəssisin yerinə Joze Mourinyonu gətirmək istəyir.

“Fənərbağça” Super Liqada lider “Qalatasaray”dan 5 xal geri qalır və 72 xalla 2-ci sıradadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью