Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə etirazların artıq sona yaxınlaşdığını deyib
Globalinfo.az xəbər verir ki, jurnalistlər qarşısında çıxış edən Kobaxidze ölkədə 4-cü inqilab cəhdinin baş tutmayacağını bildirib.
“4 siyasi partiya və 10-dan çox ən zəngin QHT-ni götürsək, etirazlara cəmi 800 nəfər qatılıb.
Bu 4 partiya və 10 QHT Rustaveliyə 800-dən çox insan yığa bilmir. İtalyanların dediyi kimi, bitdi, “finita la komediya”, – o söyləyib.
Kobaxidze həmçinin Gürcüstanın heç bir siyasi böhran yaşamadığını da deyib.
O, Avropa İttifaqının Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin ləğvini antigürcüstan qərarı adlandırıb.
Əliyar Xəlil Globalinfo.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.