Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Beşiktaş”ın baş məşqçisi Vinçenzo İtalyano Avropa Liqasının ilk turunda “Olimpik Marsel” üzərində qazanılan 4:1 hesablı qələbədən sonra açıqlama verib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis matçdan sonra komandasının çıxışını dəyərləndirib.
“Avropa Liqasına çox yaxşı başladıq. Azarkeşlərimizin qarşısında qalib gəlməyi çox istəyirdik. Futbolçularımız əla iş gördülər. Yalnız ilk hissənin son 10 dəqiqəsi istisna təşkil edir. İzləyicilərə bu gözəl şounu göstərdiyimiz üçün çox xoşbəxtəm”, – deyə İtalyano bildirib.
Təcrübəli mütəxəssis daha çox xal toplamalı olduqlarını da söyləyib.
Əlisahib İbrahimli