İtdən maraqlı hərəkət: Eskalatora minərək yolu keçdi VİDEO

11.09.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Türkiyənin Ordu şəhərində küçə iti sıx hərəkətin olduğu yolda təhlükəsiz şəkildə qarşı tərəfə keçmək üçün maraqlı üsula əl atıb.

Avtosfer.az xəbər verir ki, küçə iti əvvəlcə yolu keçmək üçün piyadaların arasına qoşulub. Daha sonra vətəndaşlarla birlikdə eskalatordan istifadə edərək yerüstü piyada keçidinə çıxıb.

İt keçid vasitəsilə yolun digər tərəfinə təhlükəsiz şəkildə keçdikdən sonra hərəkətinə davam edib. Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью