İti körpüdən suya atan şəxslər barəsində tədbir görülüb

05.01.2025

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Türkiyənin Əskişəhər bölgəsində soyuq qış günündə sahibsiz iti körpüdən suya atan 2 nəfər tutularaq barələrində qanuni tədbir görülüb.

Sherg.az xəbər verir ki, bu günlərdə Əskişəhərdə körpüdən sahibsiz iti suya atan şəxsin görüntüləri sosial mediada yayımlanıb. Görüntülərə vətəndaşlar sərt  reaksiya veriblər. Hadisə ilə əlaqədar Çifteler İlçe Polis Şöbəsi tərəfindən araşdırma başladılıb. İti suya atdığı müəyyən edilən M.C və T.K. adlı  şəxslər barəsində məhkəmə prosesinin aparıldığı öyrənilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью