İtirilmiş əraziləri qaytara bilmərik, lakin... Zelenskinin həll variantı

02.12.2024

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ukrayna Silahlı Qüvvələri (AFU) Krım kimi itirilmiş əraziləri geri qaytarmaq iqtidarında deyil”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski “Kyodo” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, diplomatik həll yolu tapmalıdır:

“Rusiya ordusu şərqdə irəliləyir, Ukrayna münaqişəsinin “çətin dövrü” başlayıb. Yalnız Ukrayna Rusiyanın yeni işğala başlamasının qarşısını almaq üçün kifayət qədər güclü olduqda diplomatik tədbirləri nəzərdən keçirə bilərik. Ukraynanın təhlükəsizliyi üçün NATO-ya erkən üzvlük yolunun açılması mütləqdir. Alyansa alternativ yoxdur”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью