İtkin düşən 13 əsgər həlak olub

18.01.2025

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 8-də Kubada hərbi anbarda baş verən partlayışdan sonra itkin düşən 13 əsgərin həlak olduğu ortaya çıxıb. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kuba prezidenti Migel Dias-Kanel açıqlama edib. 

Hadisədən dərin kədər içində olduğunu vurğulayan Kanel, "Qəhrəmancasına canlarını vermiş hərbçilərimizə görə dərin hüznlə kədərlənirik. Əsgərlərimizə ailələrinə və yaxınlarına başsağlığı veririk” deyib.

Kuba Dövlət televiziyasının məlumatına görə, partlayışın qurğudakı qısaqapanma nəticəsində yaranan elektrik nasazlığı səbəbindən baş verdiyi bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью