İtkin düşən 17 yaşlı oğlanın telefonu tapıldı

06.02.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağcabədidə 17 yaşlı oğlan itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, fevralın 4-də Ağcabədi şəhəri, Babək küçəsində yaşayan 1976-cı il təvəllüdlü Ə.Həsənov polisə müraciət edərək həmin gün övladı Adilin evdən çıxaraq geri qayıtmadığını bildirib.

Araşdırma zamanı Adil Həsənova məxsus “Redmi” markalı mobil telefon Yuxarı Qarabağ kanalının kənarında tapılıb.

Faktla bağlı Ağcabədi RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью