Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda polis əməkdaşları noyabrın 10-da itkin düşmüş kimi axtarılan 3 nəfərin yerini müəyyən ediblər.
Bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarılırdılar. Tapılan şəxslər aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluq cinayətinə görə axtarışda olan daha 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Post navigationPrevious: Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var