İtkin düşən 5 yaşlı qız ölü tapıldı VİDEO

17.12.2024

Icma.az, Sonxeber.az saytına istinadən bildirir.

İtkin düşən 5 yaşlı qız ölü tapıldı - VİDEO

Bartının Ulus rayonunda evinin ətrafında oynayan 5 yaşlı Simay Bora ölü tapılıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, balaca qızcığazdan bir gün əvvəl qardaşının ad günündə çəkdirdiyi foto və onun "bye-bye" dediyi video qalıb.

Bartının Ulus rayonundakı Kumluca qəsəbəsinin Zəfər kəndində yaşayan 5 yaşlı Simay Bora evinin ətrafında oynayarkən çaya düşüb.

Atasının və kənd sakinlərinin axtarışları zamanı tapıla bilməyən Simanın cansız cəsədi polis qrupların dəstəyi ilə aparılan işlər zamanı tapılıb.

Məlum olub ki, balaca qız bir gün əvvəl bacısı Sinemin ad günü tortunu kəsib. Balaca Simayın atası Dursun və bacısı Sinemlə tortun qarşısında çəkilən foto görənlərin ürəyini parçalayıb.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью