İtkin düşən 78 yaşlı kişi dronların köməyi ilə tapıldı

29.12.2024

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Kaliforniyada itkin düşmüş 78 yaşlı kişi dronların köməyi ilə sağ tapılıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dekabrın 23-də baş verib.

Kişi poçtunu götürməyə gedib, lakin geri qayıtmayıb. Ailəsi onun erkən demensiyadan əziyyət çəkdiyini və temperaturun -9°C-yə düşdüyünü nəzərə alaraq dərhal Los-Anceles polisinə müraciət edib.

İtkin düşmüş şəxsi tapmaq üçün Los-Anceles polisinin Malibu Axtarış və Xilasetmə Qrupu (Malibu SAR) hərəkətə keçib. Axtarışa xüsusi dronlar cəlb olunub, onlardan biri infraqırmızı istilik axtarış texnologiyası ilə təchiz edilib. Nəhayət, həmin dronlardan biri kişinin yerini müəyyən edib və xilasedicilər onu sağ-salamat taparaq ailəsinə təhvil veriblər.

Rəhman Mirzəlizadə, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью