İtkin düşən balıqçıların axtarışına helikopter cəlb olundu

14.01.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir.

Modern.az xəbər verir ki, Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışlarına helikopter cəlb olunub. Helikopter saat 16:20 radələrindən axtarışlara başlayıb.

Hazırda Xəzər dənizinin Lənkəran və Astara istiqamətində axtarışlar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью