Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. "İtkin düşdükləri ehtimal edilən Lənkəran rayonunun Siyavar kənd sakinlərinin axtarışları d
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
"13 yanvar 2025-ci il tarixində Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində iki balıqçının itkin düşməsi barədə FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında vətəndaşların axtarış-xilasetmə əməliyyatı qurumun qüvvələri tərəfindən davam etdirilir".
Xatırladaq ki, yanvarın 13-də səhər saatlarında dənizə çıxan Lənkəran rayonunun Siyavar kənd sakinləri, balıqçılıqla məşğul olan 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov geri qayıtmayıblar.
Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.
Əzizə İsmayılova Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.