İtkin düşən dünya çempionunu dənizindən çıxarılıb

11.03.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Xorvatiyalı keçmiş dağ xizəkçisi İvitsa Kosteliç baydarka sürərkən Adriatik dənizində itib.

İdman.biz xəbər verir ki, o, Monteneqro Silahlı Qüvvələrinin əsgərləri tərəfindən xilas edilib.

Kosteliç Monteneqronun Ulsin şəhərciyi yaxınlığında başqa bir şəxslə baydarka sürərkən iktin düşüb. Monteneqro ordusu və donanması onların axtarışı üçün patrul katerləri və helikopterin də daxil olduğu xilasetmə əməliyyatına başlayıb. Nəticədə itkin düşənlər tapılaraq dənizdən çıxarılıblar.

İvitsa Kosteliç 2003-cü ilin dünya çempionu və Qış Olimpiya Oyunlarının dördqat gümüş mükafatçısıdır. O, 2014-cü ildə peşəkar karyerasını başa vurub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью