İtkin düşən gəncin meyiti bulvarda tapıldı Foto

08.04.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda itkin düşən oğlanın cəsədi tapılıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, 22 yaşlı Fərid Məmmədovun üzərində zorakılıq əlamətləri olmayan meyiti Dənizkənarı Milli Parkda dənizdən tapılıb.

Polis əməkdaşları tərəfindən meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Fərid Məmmədov aprelin 1-də işdən çıxıb evə qayıtmayıb. Bu hadisə ilə bağlı onun barəsində axtarış elan olunmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью