İtkin düşən qadının axtarışları davam etdirilir

15.05.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağdaşda altı gün əvvəl itkin düşən 66 yaşlı qadının axtarışları davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, rayonun Ağcayazı kənd sakini Nazilə Əliabbas qızı Əkbərova mayın 9-u yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları N.Əkbərovanın axtarışını Yuxarı Şirvan kanalının rayonun Dəhnə və Bulaqotağı kəndi və Göyçay rayonu ərazisindən keçən hissəsində davam etdirir.

Qeyd edək ki, Nazilə Əkbərovaya məxsus geyim və əşyalar Şirvan kanalının onun yaşadığı evin yaxınlığından keçən hissəsinin kənarında tapılıb.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью