Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda 1 həftə əvvəl evdən çıxaraq geri qayıtmayan 20 yaşlı qadın tapılıb.
Axar.az xəbər verir ki, Şəfa Nüsrət qızı Bayrızadənin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib.
Ş.Bayrızadənin yaxınları Teleqraf-ın Qarabağ bürosunun əməkdaşına bildiriblər ki, polis Şəfa Bayrızadənin tapılması barədə onlara məlumat verib.
APA isə yazıb ki, onunla profilaktik söhbət aparılsa da, ailəsinin yanına dönməkdən imtina edib.