İtkin düşən şəxsin meyiti kanalda tapıldı

18.02.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ucar rayonunda itkin düşən şəxsin meyiti kanalda tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə fevralın 17-də qeydə alınıb. İtkin düşdüyü bildirilən Qaracallı kənd sakini 1964-cü il təvəllüdlü Vahid Məmmədovun meyiti kəndin ərazisindəki su kanalında tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью