Icma.az bildirir, Lent az saytına əsaslanaraq. Qusarda meyiti tapılan tibb bacısının intihar etdiyi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar-Köhnə Xudat yolunun 1-ci kilometrliyində, yolun sağındakı meşədə baş verib.
Şabanova Nigar Sərdar qızı meşədə özünü asaraq, həyatına son qoyub. Faktla bağlı araşdırma aparılır.
*** 13 yanvar, saat: 18:00 Qusar şəhəri yaxınlığında, meşəlik ərazidə qadın meyiti aşkarlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin iki gün öncə itkin düşən Qusar şəhər sakini Nigar Şabanova olduğu müəyyənləşib.
Nigar Şabanova Qusar rayon Mərkəzi Xəstəxanasında həyat yoldaşı, həkim-stomatoloq Elşad Şabanovun yanında tibb bacısı işləyirmiş.
Onların iki azyaşlı övladı var. Faktla bağlı araşdırma aparılır. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.