İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması dövlət öhdəliyidir

06.12.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması dövlət öhdəliyidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, təmsil etdiyi komitənin fəaliyyəti ehtiyacların qiymətləndirilməsindən asılıdır:

"Biz dövlətə dəstək verən qurumuq. Hər bir fəaliyyətimiz ehtiyacların qiymətləndirilməsindən asılıdır. Biz heç vaxt tək iş görmürük. Məqsədimiz yerli mütəxəssislərin bu sahədə iş bacarığını artırmaqdır. Yerlərdə mütəxəssislər yetişdirməyə çalışırıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью