İtkin düşmüşdü çayda meyiti tapıldı

18.11.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Astarada çayda meyit tapılıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisindən keçən çayda kişi meyiti aşkarlanıb. Meyiti tapılan şəxsin bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 1950-ci il təvəllüdlü Allahbağış Əsəd oğlu Əliyarov olduğu məlum olub.

A.Əliyarov balıqçı olub, noyabrın 14-də Pensər çayından balıq tutan zaman ayağı sürüşüb və suya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью