İtkin düşmüşdü, cəsədi tapıldı İsrail hökumətindən açıqlama

24.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

İsrail hökuməti Birləşmiş Ərəb Əmirliklərinin kəşfiyyat və təhlükəsizlik orqanlarının itkin düşən Çabad emissarı Zvi Koqanın cəsədinin tapıldığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə Tazpit agentliyi məlumat yayıb.

Bildirilib ki, Zvi Koqanın qətli antisemitizm və terror hadisəsidir.

İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin Mossad kəşfiyyat xidməti və İsrail Milli Təhlükəsizlik Şurası (MTŞ) adından yaydığı bəyanatda Koqanın İsrail və Moldova vətəndaşı olduğu, noyabrın 21-i yoxa çıxdığı qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью