Icma.az, Azvision portalına istinadən məlumat verir. "Mash" Telegram kanalının yaydığı məlumata görə, Başqırdıstandan olan “Maloy” ləqəbli d
İddia olunur ki, itkin elan edilən əsgər bölməsinin yerləşdiyi məkana qayıtmaq üçün iki ay sürünərək hərəkət edib.
Əsgər qar yeyərək həyatda qalıb Döyüşçü Ukrayna pilotsuz təyyarələrinin hədəfindən yayınmaq, operatorları aldatmaq yol boyu ukraynalı hərbçilərin cəsədləri arasında gizlənirmiş.
Bununla da o, hədəfə çevrilməyib. "Mash"ın məlumatına görə, Başqırdıstan sakini 2022-ci ilin payızında Ukrayna müharibəsinə qatılıb.
O, xidmətdə olduğu müddətdə qondarma Donetsk Xalq Respublikasının (DXR) Krasnoqorovka qəsəbəsinin işğalında iştirak edib.
"Tezliklə o, yüksək rütbə əldə edib və kəşfiyyatçı vəzifəsində çalışıb. "Maloy" 2024-cü ilin noyabrında əməliyyata qatılıb və itkin düşüb.
Hərbçinin yaxınları iki ay ərzində onu xəstəxanalarda axtarsalar da, tapmayıblar.
Sonradan onlar "Maloy"un Aleksey Nevskinin ikonasını qucaqlayaraq yerdə uzanmasını əks etdirən fotosunu sosial şəbəkələrdə görüblər.