İtkin kimi axtarılan Hanımağa səssizliyini pozdu

22.11.2024

Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.

İtkin kimi axtarılan "Hanımağa" səssizliyini pozdu

Aydının Köşk rayonunda 50-yə yaxın qoyunla birlikdə itdiyi üçün heyvan oğruları tərəfindən qaçırıldığı güman edilən "Hanımağa" ləqəbli Gülsüm Çoban üzə çıxıb.

Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, Yörük mədəniyyətinin tanıdılması üçün təşkil edilən tədbirlərə qatılan və geyindiyi yerli paltarlarla "Aydının Efe xanımı" kimi tanınan Gülsüm Çoban ötən gün yoxa çıxmışdı.

"Yeni Asır"da yer alan xəbərə görə, Çobanla yaylaqda otardığı qoyun-keçilərin tövlədə olmadığını görən qohumları xəbər ala bilmədikləri Gülsüm Çoban üçün polisə itkin şikayəti verib.

İtkin kimi axtarıldığı xəbərindən sonra polis qruplarına çatan Çoban, "Mən qaçırılmamışam, həyat yoldaşımla fikir ayrılığım səbəbindən heyvanlarımı götürüb özüm qaçdım" deyib.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью