İtkin şəhid İlham Dadaşovun anası vəfat etdi Foto

18.11.2025

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Neftçaladan olan itkin şəhid İlham Adil oğlu Dadaşovun anası Elmira Dadaşova vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, o bu gün dünyasını dəyişib.

Qeyd edək ki, İlham Dadaşov 1973-cü ildə Neftçala rayonu Kürkənd kəndində anadan olub. 1992-ci ildə Milli Ordu sıralarına qoşulub. O, bir neçə yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü Fərrux yüksəkliyi uğrunda olub və 1992-ci ildə itkin düşüb./Oxu.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью