İtkin şəhidimizin nəşi 34 il sonra tapıldı

11.02.2026

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabirabadın Qaratəpə kənd sakini, I Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Rəsul Ağayevin nəşi tapılıb.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, şəhid R. Ağayev 1992-cı ildən etibarən itkin hesab olunurdu.

34 il sonra nəşi tapılan şəhidimiz evli idi, bir qız övladı yadigar qalmışdı. Hazırda şəhidimizin adın daşıyan Rəsul adında nəvəsi var.

Şəhid R. Ağayevin nəşinin gələn həftə doğulduğu Qaratəpə kənd qəbirstanlığında dəfn olunacağı gözlənilir.

Xəlil Əliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью