İtkonen: Aİ Rusiyanın bütün növ enerji daşıyıcılarından imtina edəcək

27.01.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Komissiyası (AK) qəbul edilmiş qərarlarla bağlı öz mövqeyini müdafiə etməyə hazırdır, bu, Avropa İttifaqı (Aİ) Şurası tərəfindən Rusiya qazının idxalına qoyulan qadağaya da aiddir.

Moderator.az xəbər verir ki, bunu AK-nın rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen Macarıstan və Slovakiyanın sözügedən qərarla bağlı Avropa Məhkəməsinə müraciət etmək niyyətinə dair suala cavab olaraq bildirib.

Onun sözlərinə görə, Aİ ölkələrinin qərarları, o cümlədən Rusiya qazından mərhələli imtina üzrə "REpower EU" direktivlərini məhkəməyə çıxarmaq hüququ var.

"Biz "REpower EU"nun təsdiqini alqışlayırıq, bu, Aİ üçün tarixi məqamdır. Proses artıq başa çatıb və bu, Rusiya qazının idxalını tam dayandıran son addım idi. İndi isə mərhələli şəkildə Rusiya neftindən də imtina edə bilərik", - AK-nın rəsmi nümayəndəsi deyib.

İtkonen qeyd edib ki, AK üzv dövlətlərlə, o cümlədən Macarıstan və Slovakiya ilə işləməyə davam edəcək:

"Aİ üzv dövlətlərlə, xüsusilə Macarıstan və Slovakiya ilə işləməyə davam edəcək. Bu ölkələrin xüsusi vəziyyəti nəzərə alınacaq və enerji mənbələrinin diversifikasiyası istiqamətində dəstək davam edəcək".

O əlavə edib ki, ilin sonuna qədər Rusiya neftinin idxalına qadağa ilə bağlı təklif Aİ Şurasına təqdim olunacaq.

"Nüvə enerjisinə gəlincə, bu hazırlıq üçün bir qədər daha mürəkkəb prosesdir, lakin o da hazırlanma mərhələsindədir. Dəqiq deyə biləcəyim müddət yoxdur, amma ümid edirəm ki, biz bunu lazımi vaxtda edə biləcəyik", - AK nümayəndəsi söyləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью