İtlər itkin düşən kişinin meyitini tapdı

28.01.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Türkiyədə itkin düşən kişinin meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Şanlıurfada qeydə alınıb.

Akçakale qəsəbəsi Kurudere məhəlləsində yaşayan 3 uşaq atası Kadir Tabazığ yanvarın 12-i gecə saatlarında evdən çıxaraq itkin düşüb. Ailəsi bununla bağlı polisə müraciət edib və axtarışlar başlayıb.

Bu ərəfədə qəsəbənin digər məhəlləsi Kepezlidə sakinlər itlərin nəyinsə başına toplaşdığını görərək ora gediblər. Sakinlər itlərin diqqətini çəkən tapıntının yarı basdırılmış insan meyiti olduğunu görüblər.

Müayinə zamanı həmin meyitin Kadir Tabazığa məxsus olması ortaya çıxıb.

Hazırda faktla bağlı cinayət işi başlanaraq, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью