İtlərə “qənim kəsilibmiş” pələng tutulub...

23.01.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mütəxəssislər Xabarovsk diyarında kənd sakinlərini qorxu içində saxlayan pələngi tutublar.

SİA-nın rus qaynaqlarından əldə etdiyi məlumata görə, heyvanların mühafizəsi əməkdaşlarının təxmini hesablamaları yırtıcı beş yaşlarındadır.

Heyvan Nekrasovka kəndi yaxınlığında məskunlaşıb və itlərə “qənim kəsilibmiş”.

Məhz buna görə də, sakinlər evlərini tərk etməyə belə qorxurmuşlar.

Ovçular dekabrın sonundan pələngin izinə düşüblər. Heyvanda heç bir xəsarət və ya zədə müşahidə edilməyib və böyük ehtimalla vəhşi pişik insanlardan uzaq təbiətə buraxılacaq.

Nazlı Almuradova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью