Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
83 yaşlı amerikalı aktyor Robert De Niro yeni fotosessiyada iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, Hollivud aktyorunun fotoları məşhur İtaliya nəşri olan “L'Officiel” jurnalında nəşr olunub.
Fotolarda De Niro kaminin yanında, rahat ev mühitində əks olunub.
Aktyor kamera qarşısına tək deyil, ev heyvanları ilə birlikdə çıxıb. Belə ki, fotosessiyada onun üç iti - Henri, Con və Bobbi də iştirak ediblər.
De Niro jurnala verdiyi müsahibəsində karyerası, komediya rolları və məşhur komediya franşizası “Fakerlərlə tanışlıq” filminin davamı üzərində aparılan iş haqqında danışıb.
Qeyd edək ki, Robert De Niro itlərə olan sevgisi ilə tanınır. O, ev heyvanlarını müntəzəm olaraq tədbirlərə aparır, eləcə də öz filmlərində çəkir.