“İTV Avroviziyaya “Mamagama”nı göndərir” İddia

04.02.2025

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

“İTV Avroviziyaya “Mamagama”nı göndərir” - İddia

Azərbaycanın builki Avroviziya təmsilçisi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.

OLAY-ın əldə etdiyi məlumata görə, “esc2025leak” adlı səhifə İctimai TV-nin “Mamagama” qrupunu seçdiyini iddia edib.

Onların sözlərinə görə, əslində təmsilçi kimi Mehin Hümbətova seçilsə də, son dəqiqə dəyişikliklə “Mamagama” qrupu bu ünvanı qazanıb.

Rəsmi açıqlama isə bu gün 20:00-da yayımlanacaq.

Qeyd edək ki, “Mamagama” 2023-cü ildə də təmsilçi olmaq üçün namizəd olmuşdu. Hətta daha əvvəl qrup Safael və rus əsilli Roma Zeedən (Roman Zilianev) ibarət olub. Onlar  Albaniyada keçirilən 23-cü “Kenga Magjike” festivalında ölkəmizi təmsil edərək,“Best new international artist” kateqoriya üzrə qalib olub. “Avroviziya” üçün müraciət zamanı isə qrupun tərkibində dəyişiklik edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью