İTV əməkdaşlarının çəkiliş aparmasına mane oldular: Polis araşdırır VİDEO

08.08.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsinə cəhd zamanı çəkiliş aparan media nümayəndələri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişə polis tərəfindən araşdırılır.

"Cebheinfo.az" xəbər verir ki, hazırda hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxslər barəsində məsuliyyət tədbirləri görüləcək.

Qeyd edək ki, hadisə vaxtı bir neçə şəxs şadlıq evinin qarşısında çəkiliş edən İTV əməkdaşlarına hücum edib.

Xatırladaq ki, 17 yaşlı yeniyetmənin valideynləri polisə dəvət olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью